CHARE / Haqqımızda

Kömək insanlara
çatanda mənalı olur

Çarə insanları, yerli ideyaları və dəstək imkanlarını birləşdirən sosial təşəbbüsdür.

Yerli ideyalar və insanlar arasında əməkdaşlığı göstərən Çarə illüstrasiyası

CHARE

Missiyamız

Həssas icmaların ehtiyacları ilə yerli innovasiya və dəstək imkanları arasında əlaqə yaratmaq. Hər bir insanı dəyişiklik prosesinin iştirakçısı kimi görürük.

Baxışımız

Texnologiyanın insanlara xidmət etdiyi və imkanlara çıxışın daha inklüziv olduğu bir Azərbaycan.

Bizi birləşdirən dəyərlər

01

Ləyaqət

Hər insanın seçiminə və şəxsi sərhədlərinə hörmət.

02

Yerli təşəbbüs

Ehtiyacı yaxından tanıyan ideyalara yer.

03

Açıqlıq

Məlumatı anlaşıqlı və dürüst paylaşmaq.

04

Əməllə qayğı

Dəstəyi aydın növbəti addıma çevirmək.

CHARE / Sponsorlar

Birlikdə daha
çox imkan yaradaq

Bilik, vaxt və ya təşkilati imkanınızla layihələrə töhfə vermək istəyirsiniz? Əməkdaşlıq barədə danışaq.

Tərəfdaşlıq üçün yaz ↗

CHARE / PEOPLE

Komanda ilə tanış olun

Çarənin missiyasını irəli aparan təcrübəli şəxslər.

Co-Lead

Gwendolyn Burchell

Qafqaz, Şərqi Avropa və Mərkəzi Asiyada humanitar fəaliyyət və sosial təsir təşəbbüsləri üzrə 15 ildən artıq təcrübə. İnsanların ehtiyaclarını əməkdaşlığın mərkəzinə gətirən yanaşma.

Co-Lead

Elchin Huseynov

Qlobal bazarda sosial çağırışlara innovativ həllər hazırlamaq üzrə təcrübəyə malik texnologiya sahibkarı. Texnoloji təşəbbüslər və sahibkarlıq sahəsində 10 ildən artıq təcrübə.

Head of Projects

Xədicə Rəhimli

Layihə və tədbirlərin idarə edilməsi üzrə 2 ildən artıq təcrübə. Fəaliyyətlərin planlaşdırılması, komanda koordinasiyası, tərəfdaşlarla ünsiyyət və icra mərhələlərinin izlənməsinə fokuslanır.

CHARE / TOGETHER

Siz Çarə ola bilərsiniz

İanələr, könüllülük və tərəfdaşlıqlar vasitəsilə dəstəyiniz işimizi reallaşdırmağa kömək edir.

İanə verin

Maliyyə dəstəyiniz həssas icmalar və texnologiya innovatorları ilə işə töhfə verə bilər. Dəstək məqsədini və uyğun yolu komanda ilə razılaşdırın.

İndi ianə verin ↗

Könüllü olun

Bacarıqlarınız, vaxtınız və təşəbbüsünüzlə sosial layihələrdə iştirak edin. Marağınızı və ayıra biləcəyiniz vaxtı bizə yazın.

Komandamıza qoşulun ↗

Tərəfdaş olun

Korporativ qurum, QHT və ya texnologiya şirkəti kimi bilik, xidmət və resurslarınızla layihələrə töhfə verin.

Tərəfdaş olun ↗